Tramp yeni dövlət katibinin namizədliyini Senata göndərib

ABŞ prezidenti Donald Tramp yeni dövlət katibi Maykl Pompeonun namizədliyini təsdiqlənmək üçün Senata göndərib. SİA-nın verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ötən həftə ABŞ lideri Dövlət Departamentinin rəhbəri Reks Tillersonu vəzifəsindən azad edib. Donald Tramp verdiyi açılamada, Reks Tillersonu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırkı direktoru Mayk Pompeo ilə əvəz etdiyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə