Belarusdakı səfirliyimizdə prezident seçkiləri üçün hər cür şərait yaradılıb

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Belarusdakı səfirliyində seçki məntəqəsi yaradılıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın Belarusdakı səfirliyindən bildiriblər ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 41 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.

Məntəqədə səfirliyin əməkdaşları ilə yanaşı, Belarusda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Minskdə səfərdə olacaq və xidməti vəzifələrini icra edəcək vətəndaşlar səs verə biləcəklər.

Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə