Zakir Həsənov bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verdi FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib. Hərbi qulluqçularla görüşən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzda görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.

Novruz bayramı münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edən nazir vurğulayıb ki, orduya göstərilən bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...