Məzahir Pənahov daha üç namizədə vəsiqələr təqdim etdi

Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyevə, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevə, "Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevə namizədlik vəsiqələri təqdim edilib.

SİA-nın verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış namizədlər Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc İbrahim oğlu Quliyevi, Müasir Müsavat Partiyası tərəfinin sədri Hafiz Ələmdar oğlu Hacıyevi, "Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupun rəhbəri tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevi təbrik edib, vəsiqələrini onlara təqdim edib.

MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib.

Xatırladaq ki, prezident seçkiləri ilə bağlı səkkiz namizəd qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə