YAP prezident seçkiləri ilə bağlı sayt yaradıb SƏS TV

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 11 aprel prezident seçkiləri ilə əlaqədar yaradılmış www.ilhamaliyev2018.az saytının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, YAP üzvü, deputat Vüsal Hüseynov və digər şəxslər iştirak ediblər.

Siyavuş Novruzov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq bu gündən etibarən təbliğat-təşviqat kampaniyası başlayır: “Bu təbliğat üsullarından biri də yeni internet saytının yaradılmasıdır".

Saytda prezident İlham Əliyevin fəaliyyəti, daxili və xarici siyasətini əks etdirən məlumatlar yerləşdirilib. Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək. YAP qanunvericiliyə əsasən əhaliyə təbliğat xarakterli materiallar paylayacaq. Bundan başqa, sosial şəbəkələrdə təbliğat-təşviqatla bağlı kampaniyalara start veriləcək. Yeni saytda təbliğat imkanları genişdir. Buradan YAP-ın namizədi, cənab Prezident İlham Əliyevin fəaliyyəti barədə istənilən məlumatı bölüşmək olar.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə