Rusiyada Prezident seçkisi qanunvericiliyə uyğun aparılıb - MÜŞAHİDƏÇİLƏR

MDB Parlamentlərarası Assambleyasının nümayyəndə heyyəti, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə 18 mart 2018-ci il tarixində Rusiya Federasiyasında keçirilmlş prezident seçkisinin gedişini izləmək üçün 16-18 mart 2018-ci il tarixlərində Rusiya Federasiyasının Moskva, Sank-Peterburq və digər şəhərlərində səfərdə olublar. SİA-nın verdiyi məlumata görə, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Ziyafər Əsgərov və deputat Rauf Əliyev Moskva şəhərində seçki prosesini izləyiblər.

Müşahidəçi qrupu Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçovla, Dövlət Duması sədrinin birinci müavini İvan Melnikovla görüşüblər. Müşahidəçi qrupun koordinatoru Ziyafət Əsgərov MDB Parlamentlərarası Assambleyasının Rusiya Federasiyası Prezidentinin seçki prossesini izləməkdə iştirak etmək üçün dəvətə görə Dövlət Dumasına öz minnətdarlığını bildirib.

Müşahidəçi qrup prezidentliyə namizəd Pavel Qrudininin seçki qərargahının üzvü Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Dimitri Novikovla görüşüblər.

Müşahidə qrupunun üzvləri Moskva seçki komissiyasının işi ilə tanış olmuş, komissiyanın sədri Valentin Qorbunovla görüşüblər. Qrup üzvləri Rusiya Federasiyasının ən böyük meqapolisi olan Moskvada təbliğat-təşviqat kompaniyasının, səsvermənin təşkilinin xüsusiyyətləri ilə, ərazi və məntəqə seçki komissiyalarının formalaşması prosesi ilə və məntəqə seçki komissiyalarının texniki vasitələrlə təchizatı ilə tanış olublar.

Seçki günü Moskva şəhərinin bir neçə seçki məntəqələrində müşahidə aparan müşahidə qrupunun üzvləri seçki prosesinin Rusiya Federasiyasının Konstitusiyasına və seçki qanunvericiliyinə uyğun aparıldığını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə