Politoloq: “Rusiya ilə Türkiyə arasında iki fərq var” MÜNASİBƏT

“Rusiya və Türkiyə də Suriyada hərbi əməliyyat keçirdir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ancaq Rusiya ilə Türkiyə arasında iki önəmli fərq var: “Birincisi, Rusiya haranı gəldi bombardman etdi, terrorçularla yanaşı xeyli mülki və günahsız insan həlak oldu, Türkiyə ordusu isə mülki insanlar arasında itkiyə yol vermədən Afrini ələ keçirdi, elə məhz buna görə əməliyyat xeyli uzandı. İkinci fərq, Rusiya Hələbi bombardman edib terrorçulardan azad etdi, ancaq bu şəhərin yenidən qurulması üçün əlini ağdan qaraya vurmur, şəhər neçə müddət bundan öncə azad edilsə də, hələ də dağıntılar altındadır, Türkiyənin isə ələ keçirdiyi şəhərləri yenidən qurmaq və ora əhalini köçürmək üçün konkret planı var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə