Elxan Şahinoğlu: “Qrudinin ikinci olacağı bəlli idi” MÖVQE

“Rusiyada gözlənilən baş verdi, Vladimir Putin böyük səs çoxluğu qazanaraq elə birinci mərhələdə prezident seçildi, Pavel Qrudinin də ikinci olacağı bəlli idi. Ən böyük sürprizi Kseniya Sobçak etdi, o Rusiya liberal demokratlarının tanınmış lideri və ölkənin hər yerində partiya şöbələri olan Qriqori Yavlinskini az da olsa qabaqlaya bildi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

“Fikrimcə, Sobçak bu tempdə davam etsə gələcəkdə liberalların ən tanınmış simasına çevrilə bilər. O gəncdir, tükənməz enerjisi var və sadə vətəndaşın problemlərini yerindəcə həll etməyə çalışır. Əlbəttə, bütün hallarda Rusiyada liberal ideya hələ uzun illər populyar olmayacaq, ancaq Sobçak liberalların lideri olmaq iddiasını gücləndirməyə çalışacaq. Pavel Qrudinin isə qazandığı ikincilik onu solçu-kommunist blokun gələcək liderinə çevirə bilər. Onsuz da yaşı 80-ə çatan Kommunist Partiyasının lideri Gennadi Züqanova əvəz lazımdır”, - deyə, politoloq fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə