Milli Məclisin deputatları Rusiyada prezident seçkilərini müşahidə edirlər

Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının tərkibində Rusiyada prezident seçkilərini müşahidə edirlər. SİA-nın Rusiya bürosunun məlumatına görə, Müşahidə missiyasının koordinatoru Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovdur.

Z.Əsgərov, Aydın Cəfərov və Rauf Əliyev Moskvada, Mixail Zabelin və Elmira Axundova Sankt-Peterburqda, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tver vilayətində seçki prosesini müşahidə edəcəklər. Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə