Yaxın qohumları Əli Kərimlidən imtina etdi

Daxili çəkişmələr, ardıcıl xarakter daşıyan partiyalararası qarşıdurmalar müxalifət düşərgəsi üçün xarakterikdir. Qopmaların, istefaların, seçki uğursuzluğunun baş verməsi, məhz daxili durumun son dərəcə gərgin olması ilə bağlıdır. AXCP-də böhranlı durumun daha diqqətçəkən formada nəzəri cəlb etdiyi müşahidə edilir. Bunun da səbəbi Əli Kərimlinin yanlış və səhv siyasət aparmasıdır. Artıq partiyadaşları ilə yanaşı, yaxın qohum-əqrəbası belə Ə.Kərimlinin məkrli siyasət aparmasından narazı qaldıqlarını və onun pozucu fəaliyyətini pislədiklərinin bildirdilər.

Nuhəli Kərimov: "Əli Kərimlinin yaramaz əməllərinin Kərimovlar nəslinə heç bir aidiyyəti yoxdur"

Redaksiyamızda olan Ə.Kərimlinin əmisi uşaqları Ə.Kərimlinin əməllərindən xəcalət çəkdiklərini və onun xalqa və dövlətə zidd siyasətinə etiraz etdikılərini söylədilər. Kərimovlar nəslinin ağsaqqalı Nuhəli Kərimov bildirdi ki, Ə.Kərimlinin xalqa və dövlətə zidd siyasi fəaliyyəti, xalq arasında olduğu kimi, Kərimovlar nəslində də hiddət və qəzəb doğurur: "Ə.Kərimli xaricdən aldığı sifarişlər əsasında ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağa çalışır. Bununla da, Kərimovlar nəslini gözdən salır. Bir növ bizi xalqla üz-üzə qoyur. Ona görə də, Kərimovlar nəsli olaraq, ondan imtina edirik. Bildiririk ki, Ə.Kərimlinin yaramaz əməllərinin Kərimovlar nəslinə heç bir aidiyyəti yoxdur ".

N.Kərimov onu da bildirdi ki, Azərbaycan inkişaf edir. Dünyada yeri və rolu daha da möhkəmlənir: "Belə bir uğurlu proseslərin getdiyi bir məqamda əhəmiyyətsiz aksiyalar keçirməyə cəhd etmək erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil. İzləmişik, Ə.Kərimli və onun söyüş qrupu sosial şəbəkələr vasitəsilə insanları mitinqlərə dəvət edirlər. Bu mitinqlərə çağırışlarda populist fikirlərdən, şər və böhtanlardan istifadə olunur. Kərimovlar nəsli olaraq, biz Ə.Kərimlinin bu çağırışlarına etiraz edir və əməllərini pisləyirik. Ə.Kərimlinin siyasi fəaliyyəti milli maraqlarımıza ziddir, bizə utanc gətirir".

Rəfael Kərimov: "Biz Əli Kərimlinin əməllərini pisləyirik"

Ə.Kərimlinin əmisi oğlu Rəfael Kərimov da Ə.Kərimlinin siyasi fəaliyyətinin dövlətçilik maraqlarına zərbə vurmağa hesablandığını bildirdi: "Biz Ə.Kərimlinin əməllərini pisləyirik. Bəyan edirik ki, əmimiz oğlu olmasına baxmayaraq, onun siyasi pozucu fəaliyyətinin bizə heç bir aidiyyatı yoxdur. Kərimovlar nəsli ölkə Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətini, birmənalı şəkildə, dəstəkləyirik. Ölkəmizin hər yerində olduğu kimi, Saatlı rayonunda da geniş quruculuq-abadlıq işləri aparılır. Saatlı rayonu ilə Azadkəndi birləşdirən 40 kilometrlik magistral yol əsaslı şəkildə təmir olunub, yeni iş yerləri yaradılıb. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm addımlar atılıb və qərarlar verilib. Biz sabitliyi, tərəqqini və inkişafı dəstəkləyirik. Ə.Kərimlinin əməllərini isə qətiyyətlə pisləyirik".

Sadiq Kərimov: "Əli Kərimlinin fəaliyyəti ermənipərəst qüvvələrin maraqlarına xidmət edir"

Kərimovlar nəslinin digər nümayəndəsi Sadiq Kərimov da dünyada inkişaf edən dövlətlərdən olan Azərbaycanda Ə.Kərimov kimilərinin təxriabtlar və pozuculuq yolu ilə bu uğurlara kölgə salmağa cəhd etməsini pislədiyini bildirdi: "Mən də Ə.Kərimlinin yalan vədlərinə aldanaraq, onun toruna düşənlərdən olmuşam. Təşkil etdiyi mitinqlərdə iştirak etmişəm. Amma səhvimi başa düşdüm, anladım ki, Ə.Kərimlinin fəaliyyəti ermənipərəst qüvvələrin maraqlarına xidmət edir. Ona görə də, ona etiraz edib, milli maraqlara xidmət edən qüvvələrin yanında oldum. Ə.Kərimlinin əməllərini pisləyirəm".

Ağaverdi Şəmmədov: "Azərbaycanın uğurlarına kölgə salmaq düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil"

Ə.Kərimovun qohumlarından olan Ağaverdi Şəmmədov ölkəmizdə gedən uğurlu iqtisadi və sosial inkişafdan danışdı. Bildirdi ki, nəinki Cənubi Qafqazın, ümumiyyətlə, Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Azərbaycanın uğurlarına kölgə salmaq düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil: "Quruculuq-abadlıq işləri ölkəmizin hər yerində geniş vüsət alır və iqtisadi inkişafa nail olunur. İnsanların həyat şəraiti günü-gündən yaxşılaşır. Bütün bunları həyata keçirən, güclü-qüdrətli Azərbaycan quran Azərbaycan Prezidenti Cənab İlham Əliyevdir. Biz Cənab İlham Əliyevin xalqa, dövlətə əsaslanan xeyirli, gərəkli siyasətini dəstəkləyir və seçkilərdə də hamılıqla Ona səs verəcəyik".

Elxan Kərimov: "Qara, məkrli qüvvələr bu uğurlara kölgə salmağa çalışırlar"

Ə.Kərimovun əmisi oğlu Elxan Kərimov da ölkəmizdə geniş vüsət alan inkişafdan, həyata keçirilən elmi və mədəni uğurlardan danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində, Azərbaycanın hərbi qüdrəti günü-gündən artır: "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrəti işğalçı Ermənistanı vahiməyə salıb. Bu hərbi güc və qüdrət aparılan düzgün siyasət nəticəsində əldə olunub. Qara və məkrli qüvvələr bu uğurlara kölgə salmağa çalışırlar. Ancaq onlar buna nail ola bilməyəcəklər. Xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşib".

Dilqəm Kərimov: "Əli Kərimli kəndə qayıdıb, tarlada pambıq əksin və ya sahədə taxıl becərsin"

Kərimovlar nəslinin başqa bir nümayəndəsi Dilqəm Kərimov isə, Ə.Kərimlinin siyasətlə deyil, kəndə gəlib, əkin-biçinlə məşğul olsa, daha yaxşı ola biləcəyini söylədi: "Respublikamızın hər yerində olduğu kimi, Saatlı rayonunda, o cümlədən, Azadkənddə geniş iş yerləri yaradılıb. Siyasət Ə.Kərimlilik deyil. Yaxşı olardı ki, Ə.Kərimli kəndə qayıdıb, tarlada pambıq əksin və ya sahədə taxıl becərsin. Digər kənd təsərrüfatı işləri də var. Beli götürüb, suvarma ilə də məşğul ola bilər".

Nuhəli Kərimov: "Biz Əli Kərimliyə nifrət edirik"

Kərimovlar nəslinin ağsaqqalı yenidən söz alaraq, bildirdi ki, onlar Ə.Kərimlinin siyasətinə "yox" deyirlər və fəaliyyətini pisləyirlər: "Əminliklə deyə bilərəm ki, heç zaman, nəinki Azadkındən, ümumiyyətlə, Saatlı rayonundan "Milli Şura"nın keçirmək istədiyi mitinqlərə gələn olmayacaq. Biz Ə.Kərimliyə nifrət edirik. Onun əməllərini pisləyirik. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, Ə.Kərimlinin pozucu fəaliyyəti ilə bağlı ciddi tədbirlər görsün".

N.Kərimov onu da bildirdi ki, hər bir azərbaycanlı kimi Kərimovlar nəslinin nümayəndələri də ölkə Prezidenti Cənab İlham Əliyevin siyasətini dəstəkləyir və bu siyasətin davam etdirilməsi üçün 11 aprel prezident seçkilərində yenidən Onun Prezident seçilməsi üçün səs verəcəklər: "Xalq - Cənab İlham Əliyev birliyi dönməzdir, sarsılmazdır və bu birliyə ermənipərəst qüvvələrdən maliyyələşən Ə.Kərimli, İ.Qəmbər, C.Həsənli və A.Hacılı kimi pozucu şəxslər xələl gətirə bilməz".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə