Şəxsi heyət və hərbi texnika daimi dislokasiya məntəqələrinə qayıdıb FOTO-VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə cəlb olunan şəxsi heyəti və hərbi texnikası daimi dislokasiya məntəqələrinə qayıdıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrə gələn bütün hərbi texnika və silaha qulluq göstərilib, onların maddi-texniki vasitələrlə təchiz edilməsi həyata keçirilib və döyüş texnikaları saxlanclara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə