Siyasi şərhçi: “ABŞ göz görə-görə qərəz sərgiləyir” MÜNASİBƏT

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə son qoymalı və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir”.Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycanda ictimaiyyəti ABŞ-ın ikili standartlar siyasətinə qəti etiraz edir: “Bunu ABŞ-ın "dovşana qaç, tazıya tut" siyasəti kimi dəyərləndirmək olar. Bir yandan bölücülüyü pisləyir, terrora qarşı mübarizə aparırlar, digər yandan da Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyan kimi bölücü terrorçunu yuxarı başa keçirib qonaq edirlər. Göz görə-görə qərəz və ikili standart sərgiləyirlər bunlar. Ona görə də Azərbaycan həmişə hansısa ABŞ kimi dövlətin arxasınca sürünmür, öz bildiyini edir - müstəqil siyasət yürüdür. Bizə ABŞ-ı ədalət mücəssəməsi kimi sırımaq istəyənlər zəhmət çəkib bunun da izahını versinlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə