Rasim Musabəyov: “ABŞ nə üçün belə bir ayrı-seçkilik edir?" AÇIQLAMA

“Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Amerika Birləşmiş Ştatlarının siyasətində mövcud olan ikili standartların bariz nümunəsidir”. Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ABŞ necə ədalətdən danışa bilər ki, Konqresdə hansısa bir konqresmenin köməkçisi gedib orada otaq açıb və görüşlər keçirir: “Dağlıq Qarabağın başçısı Ermənistan pasportu və vizası ilə ABŞ-a necə səfər edib? Ümumiyyətlə bu adama nəyə görə, ABŞ-a gəlmək üçün viza verilir? Ona görə ki, bir neçə separatçı qurumlar – Abxaziya, Osetiya, Krım, Dnestryanı bölgədə və s. hamısı sanksiya altındadır. Onlara bu ölkələrə daxil olmağa icazə verilmir. ABŞ nə üçün belə bir ayrı-seçkilik edir? Bilmilər ki, Bako Saakyan separatist və Dağlıq Qarabağdakı işğalçı rejimin bir nümayəndəsidir. Təbii ki, bu ikili standartın bariz nümunəsidir. Təəssüflər olsun ki, bunu tək ABŞ etmir, eyni hadisələr Fransada, Avropa Parlamentində, Brüsseldə və hətta Rusiya dumasında da baş verir”.

Politoloq əlavə edib ki, rəsmi Bakı bu kimi hallara qarşı hər zaman etirazını bildirməlidir? “Yoxsa elə bilərlər ki, biz bu hadisələri həzm edirik. Ancaq indi buna görə gedib ABŞ-la münasibətləri pozmayacayıq. Etirazımı etmişik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə