"İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilən VI Qlobal Bakı Forumu bu gün də davam edir. SİA-nın verdiyi məlumata görə, "Nəsillər arasındakı boşluqlar:Gənclər danışır, biz dinləyirik" mövzusu ətrafında çıxışlar gedir.

Gənc liderlər Forum iştiakçıları ilə birlikdə qlobal boşluqlar barəsində sual-cavab şəklində fikirlərini bölüşəcəklər.

Moderator Ukraynanın birinci xanımı (2005-2010) Katerina Yuşenkodur.

Daha sonra Forum çərçivəsində "Elm və siyasət" üzrə paneldə çıxışlar olacaq.

Mürəkkəb dünyada anlaşmanın əldə edilməsində elmin rolu əvəzedilməzdir. Anlayış və inkişaf üçün vacib və dinamik bir elmin yaradılması vacibdir.

Qüvvətli və dinamik elmin əsasının qoyulması iqlim dəyişikliyinin təsirləri, müharibə təhlükəsi, yeni ərzaq məhsullarının təhlükəsizliyinin, səhiyyə, kənd təsərrüfatı, və ya mühəndislik sahələrinin inkişafı üçün texnologiyaların dəyərləndirilməsi və digər problemlərin öhdəsindən gəlmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bizim elmi cəhətdən əsaslanmış siyasət və qayda-qanuna ehtiyacımız var. Hələ də siyasət üçün elm və elm üçün siyasət arasında səmərəli əlaqənin qurulması, xüsusilə yeni texnologiyaların nizamlanması və sahibkarlıqla bağlı araşdırmanın öz üzərinə götürülməsində dominant qüvvə olaraq, özəl sektorun meydana gəlməsi ilə bağlı suallar mövcuddur. Alimlərlə ictimai və özəl sektor arasında əlaqələrin daha yaxşı şəkildə təşkili üçün nə etməli?

Moderator Dünya Bankının Vitse-prezidenti (1992-2000), NGBM həmsədri İsmayıl Səragəldindir. Spikerlər Albaniya Respublikasının Prezidenti (1997-2002) Recep Meydani, ABŞ Dövlət Katibinin Elm məsələləri üzrə sabiq müşaviri Nina Federoff, Dünya Elmlər Akademiyasının Akademiyalararası Tərəfdaşlıq üzrə həmsədri, Dünya Elmlər Akademiyasında sabiq icraçı direktor Məhəmməd Həsən, Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin Prezidenti (1996-2016) Aleksandr Likhotal, Rumıniyanın Prezidenti (1996-2000) Emil Konstantinesku, İnternet Arxivinin təsisçisi, İnternet Arxivi Federal Kredit İttifaqı və "Alexa"nın təsisçisi Bryuster Keyldir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə