"ABŞ bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir" AÇIQLAMA

"Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Amerika Birləşmiş Ştatlarının, həmçini ATƏT-in Minsk qrupundakı prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bütövlükdə bu ümumi hərəkətdir heç bir halda əsaslandırılması mümkün deyil: "Təbii ki, bunu xoşməramlı səfər kimi qiymətləndirməyə, don geyindirməyə çalışırlar, ama nəzərinizə çatdırım ki, separatçı rejimində digər nümayəndələri ilə yalnız ATƏT-in Minsk qrupu həmsədirləri ilə regiona səfərləri çərçivəsində müzakirələrin bu və ya digər şəkildə söhbətlər aparılması mümkündür. Yəni bu danışıqlar prosesi müəyyən müddətdə olsa uyğun gəlir. Həm azərbaycanlı, həm erməni icmalarının nümayəndələri ilə görüş anlamında indiki şəraitdə bu dəvət tamamilə ziddir.

Heç bir halda buna müsbət don geyindirmək mümkün deyil. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə son qoymalı və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə