Nazirlər Kabineti illik hesabat verdi

Martın 16-da Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilir. SİA xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Hesabatı Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təqdim edib.

Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə