Ərdoğan və Putin Ankarada bir araya gələcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimində iştirak edəcəklər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aprel ayının əvvəlində Türkiyədəki ilk Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi olacaq və iki prezident orada iştirak edəcək.

Təməlqoyma mərasimi aprelin 3-4-də keçiriləcək Ali Əməkdaşlıq Şurası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, "Akkuyu" AES Rusiya layihəsi üzrə inşa olunur. Layihəyə əsasən, stansiyada hər biri 4800 MVt gücə malik 4 enerji bloku fəaliyyət göstərəcək. Layihənin dəyəri 20 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. AES Mersin vilayətində Aralıq dənizi sahillərində inşa ediləcək. İşlərin 2021-ci ildə başa çatacağı planlaşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə