Hafiz Hacıyev: “Seçkilərlə bağlı prosesləri yüksək qiymətləndirirəm” MÜNASİBƏT

“Aprelin 11-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı (imzatoplama kampaniyası, namizədlərin qeydə alınması və s.) prosesər normal şəkildə davam edib. Yəni heç bir müdaxilə, çətinlik olmadan bu işlər həyata keçirilib”. Bunu SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

MMP sədrinin sözlərinə görə, bunların hamısı müsbətə doğru bir addımdır: “Prosesləri çox yüksək qiymətləndirirəm”.

Bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsi məsələsinə də münasibət bildirən Hafiz Hacıyev deyib ki, elə əsas müxalifət partiyası Müasir Müsavat Partiyasıdır ki, o da seçkilərdə iştirak edir: “İndi Azərbaycanda 5-10 nəfər özünü müxalifət adlandırır. Onların seçkilərdə iştirak etməməsi o demək deyil ki, Azərbaycanda müxalifət seçkilərdə iştirak etmir. Bu gün xalq görür ki, onun müxalifəti kimdir. Azərbaycanda iki cür müxalifət var. Onlardan biri beynəlxalq beyin mərkəzləri tərəfindən ortaya atılmış qüvvələrdir. Digər qism isə xalqın səsini eşidən müxalifətdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə