BAXCP rəsmisi: “Ölkəmizdə seçki mühiti normal səviyyədədir” MÖVQE

“Azərbaycanda seçki mühiti normal səviyyədədir. İstənilən siyasi partiya seçki prosesində iştirak edə bilir”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Mərkəzi seçki komissiyasında, dairə seçki komissiyalarında, məntəqə seçki komissiyalarında kifayət qədər müxalifəti təmsil edəcək şəxslər təmsil olunur: “Aprel ayının 11-də keçiriləcək prezident seçkilərində müxalifətin əksər təmsilçiləri öz namizədi ilə seçkiyə qatılıb. Yalnız müxalifətin radikal hissəsi seçkini boykot edib. Ancaq 2013-cü il prezident seçkilərində radikal müxalifət seçkidə iştirak edib. Hal-hazırda seçki prosesi normal şəkildə davam edir. 7 nəfər şəxsin namizədliyi təsdiq edilib və bir neçə şəxsin də qeydə alınması gözlənilir. Azərbaycan dövləti demokratik şəraitdə seçki prosesinin keçirilməsində yaxından iştirak edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə