İran XİN rəhbəri Azərbaycana gələcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana və Qazaxıstana səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə qurumun mətbuat katibi Bəhram Qasemi bildirib.

O deyib ki, Bakıda M.Zərif martın 15-də keçiriləcək Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin ilk dördtərəfli görüşündə iştirak edəcək.

Bundan sonra M.C.Zərif İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli sammitində iştirak etmək üçün Astanaya yola düşəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə