VI Qlobal Bakı Forumunda aktual məsələlər müzakirə olunacaq Binəli Yıldırım

"Altıncı Qlobal Bakı Forumunda bir sıra aktual məsələlər müzakirə olunacaq". SİA xəbər verir ki, bu fikri Türkiyənin Baş naziri Binəli Yıldırım Forumda iştirak etmək üçün Azərbaycana səfərindən əvvəl Ankaradakı Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında söyləyib.

Türkiyənin regional əməkdaşlığın daha geniş formada davam etdirilməsində maraqlı olduğunu vurğulayan Baş nazir səfər çərçivəsində keçirəcəyi görüşlərin önəmini qeyd edib.

Binəli Yıldırım Türkiyə, Azərbaycan, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək dördtərəfli görüşünün əhəmiyyətini də vurğulayıb. O, Türkiyənin Qafqazda və Orta Asiyada sabitliyin qorunmasına böyük önəm verdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə