Tramp sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il müddətinə uzadıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sənəddə qeyd edilir ki, İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir.

Qeyd olunur ki, müddətin uzadılması Tehrandan İranın nüvə proqramı haqqında sazişin reallaşdırılmasından sonra götürülən sanksiyalara aid deyil.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...