Politoloq: “ABŞ-ın istəklərinə rədd cavabı da verilə bilər” AÇIQLAMA

“Rəsmi Bakının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-a nota verməsi düşünmürəm ki, Azərbaycanla ABŞ-ın münasibətlərini pozacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, hər bir halda bu cür səfərlər olanda Azərbaycan gərək mütləq şəkildə sərt etirazını bildirməlidir: “Çünki bu kimi hallar Fransada, Brüsseldə, Avropa Birliyinin paytaxtında da olub. Əks halda onlar elə bilərlər ki, Azərbaycan bu sözlərdən yumşalır və separatçılığı həzm etməyə hazırdır. Bu əsla belə deyil. Azərbaycan hər zaman öz etirazını bununla bağlı bildirməlidir və izahat tələb etməlidir. Heç şübhəsiz ki, ABŞ-ın da bizdən bir çox istəkləri var. Rəsmi Vaşinqtonun cavabı bizləri qane etmədiyi halda ABŞ da anlamalıdır ki, onların bu istəklərinə rədd cavabı da verilə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...