Tehran Bakı siyasətində hansı korrektələr etməyə hazırdır?

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmin Azərbaycan səfəri bölgədəki siyasi prosseslərin ən diqqət çəkəni oldu. Hatəmi yüksək səviyyədə qəbul olundu, prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşdü. Görüşlərdən belə nəticə çıxdı ki, Tehran Bakı ilə geniş miqyaslı hərbi əməkdaşlıq etmək istəyir. Nə qədər qəribə səslənsə də rəsmi Tehranın Bakı ilə hərbi sferada hərtərəfli əməkdalıq etmək arzusu ciddi siyasi xəbərdir.

Azərbaycan tərəfi bu təklifə olduqca isti baxıb. Bakı hər zaman Tehranla qarşılıqlı inam və etimada dayanan əməkdaşlıqda maraqlı olub. Yəni ölkəmiz islam dövlətinin modern silahlarına əsas müşətri ola bilər.

Bakı səfərində Hatəmi İranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını növbəti dəfə bildirib. Üstəlik müdafiə naziri müsəlman ölkəsi kimi Azərbaycanın müdafiə qabliyyətinin artırılmasında və bu sahədə istənilən yarıdımı göstərməyə hazır olduqlarını da qeyd edib. Məhz ikinci ifadə İranın Azərbaycan siyasətində ilk dəfədir ki, dilə gətirilir. İndi bizim üçün əsas məsələ Tehranın sözügedən hərbi əməkdaşlıqda nə qədər səmimi olub-olmadığını müəyyənləşdirməkdir. Ayrıca Azərbaycana təklif ediləcək silahların keyfiyyəti, moderinizasiyası da olduqca vacib amillərdən biridir. İran rəsmiləri Azərbaycanın əsas düşmənini yaxşı tanıyır və İrandan alınacaq hərbi arsenalın hansı ölkəyə tuşlanacağı da Tehrana bəllidir. Bu baxımdan işğalçı Ermənistana iqtisadi və siyasi dəstək fonunda Baki ilə hərbi əməkdaşlıq Azərbaycanı ehtiyatlı davranmağa məcbur edir. Hər bir halda Tehranın Bakı siyasətində baş fırladıcı dəyişikliklər ediləcəyinə inanmaq sadəlövlük olardı. Görünür İran İsrail-Azərbayacan hərbi əməkdaşlığından narahat olub və Azərbaycana öz silahlarını təkilif emək qərarına gəlib. İsətnilən halda işğala məruz qalan ölkə olaraq Azərbaycan İrandan silah ala bilər. Həm də beləcə ordumuzda İsrail və İran silahları olmaqla hər iki dövlətlə balansı da qorumuş olarıq. Qalır Ermənistan faktoru.

Azərbaycanın iqtisadi gücü növbəti dəfə həlledici rol oynamaqdadır. Əgər qonşumuz İranla hərbi əməkdaşlıq dərinləşsə Bakıdan Tehrana Azərbaycanın müştərisi olduğu silahları üçüncü ölkəyə satılmaması tələbi də qoyula bilər. İran istəsə də isətməsə də bizim tələbimizə əməl etməli olacaq.

Bu da Ermənistana növbəti tutarlı zərbədir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...