XİN: “Erməni soyqırımı”nın tanınmasına dair qətnaməni pisləyirik”

Rəsmi Ankara Niderland parlamentinin Nümayəndələr palatasının qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsini qətiyyətlə pisləyir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

“1915-ci il hadisələrini “soyqırımı” kimi tanınmasına dair qətnaməni şiddətlə pisləyirik. Avropanın mərkəzindəki Srebrenitsa faciəsini indiyədək soyqırımına göz yuman bir ölkənin parlamentinin bu əsassız qərarının nə tarixlə, nədə ki hüquqla əlaqəsi var. Beləliklə, bu qərar heç bir hüquqi qüvvəyə malik deyil”, - deyə bəyanatda qeyd edilir.

Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Nümayəndələr palatası uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə