ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verdi

ABŞ Konqresinin demokrat üzvü, Nyu-Cersi ştatını təmsil edən Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini anıb.

Konqresin üzvü bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın paytaxtı Bakı şəhərinə sovet hökumətinin 1990-cı il yanvarın 20-də qoşun yeridərək çoxsaylı insanın həyatına son qoyduğunu vurğulayıb.

Konqres üzvü, həmçinin Xocalıda həlak olmuş insanların xatirəsini yad edərək keçmiş sovet respublikalarında baş vermiş müharibələrdə həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu bildirib.

Bəyanatın sonunda konqresmen planetimizdə azadlıq uğrunda müharibələrdə həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad edilməli olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə