“Xocalı Soyqırımı” ilə bağlı çağırış

Xocalı faciəsinin 26-ci il dönümü ilə bağlı Gənclər Təşkilatları Milli Şurası tərəfindən kampaniyaya start verilir. Kampaniyanın məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaqdır. SİA-ya verilən məlumata görə, kampaniya müddətində ilkin olaraq faciə ilə bağlı məlumatlar toplanaraq, Azərbaycan, Rus, İngilis, Fransız, İtalyan, İvrit və Çin dillərində tvitlərdən ibarət elektron baza yaradılıb. Paylaşımlar zamanı #justiceforkhojaly və #khojalyonline həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar ediləcək, “Xocalı faiciəsi” ilə bağlı həqiqətləri özündə əks etdirən şəkillərlə paylaşımlar və məlumatlar yerləşdiriləcək. Sosial şəbəkələrdə paylaşımlarla yanaşı gənclər Facebook sosial şəbəkəsində örtük şəkli və e-poçt ünvanlarında imza bölməsində bannerdən istifadə edəcəklər. Fəaliyyət çərçivəsində həmçinin, Facebook sosial şəbəkəsində gənclər öz profil şəkillərində “Justice for Khojaly” adlı çərçivəni tədbiq edərək kampaniyaya dəstək olacaqlar.

Fəaliyyətlər çərçivəsində həmçinin, Xocalı Soyqırımı ilə bağlı 5 (Azərbaycan, Rus, İngilis, Ərəb və Alman) dillərdə hazırlanmış bəyannaməni gənclər www.khojaly.nayora.az səhifəsindən yükləyib öz adından və ya təmsil etdiyi qurum adından beynəlxalq və xarici dövlət qurumlarına, səfirliklərə, parlament üzvlərinə, gənclər təşkilatlarına göndərə bilərlər. Azərbaycan gəncləri tərəfindən hazırlanmış bəyyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi və 1000-lə dinc sakinlərin qətlə yetirilməsi haqqında qeyd olunub. Bəyyannamə Azərbaycan gənclərin səsi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq qurumlar tərəfindən soyqırımın tanınması məqsədilə hazırlanıb.

Kampaniyaya qoşulub dəstək olmaq istəyən şəxslər www.khojaly.nayora.az səhifəsinə daxil olaraq təlimatlarla tanış ola bilərlər.

Xatırladaq ki, kampaniya Milli Şuranın proqramı olan “XƏTDƏ” çərçivəsində təşkil olunur. “Xətdə” proqramı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı “Creatweet”, "Retweet”, “31 mart – Azərbaycanlılarının soyqırım günü” və “Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədilə fəaliyyət günləri həyata keçirilmişdir. Proqram çərçivəsində kampaniyalarla yanaşı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatları tərəfindən sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsi üçün alətlərin yaradılması” layihəsi çərçivəsində “Xetde.az” elektron portalı yaradılıb. Portalın məqsədi gənclər və gənclər təşkilatları arasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrdə təbliğat işlərinin görülməsində fəaliyyətlərinin artırılması və təbliğat alətlərindən yaradılması istifadəsi haqqında məlumatların verilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə