Orduxan Teymurxana daha bir sübut FAKT

Milli satqının qardaşının 600 minlik obyekti üzə çıxıb

Avropada “siyasi mühacir” adı altında, erməni lobbisinin maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçiliyi əleyhinə çıxış edən blogger Orduxan Teymurxanın (Bəbirov) işğalçıların Qərbi Azərbaycanda və Dağlıq Qarabağ ərazilərimizdə məzarlıqlarımızı, məscidlərimizi dağıtmamaları, guya onların heç də vandal olmamaları ətrafında irəli sürdüyü iddialarının ardınca, bu Vətən xaini haqqında növbəti fakt üzə çıxıb. O.Teymurxan ermənilərin sifarişi ilə guya Azərbaycanda vəziyyətin ağır olmasından da danışaraq, bu istiqamətdə lobbi qarşısında xal toplamağa çalışır. Əbəs deyil ki, bu satqın demk olar ki, günaşırı, hətta hər gün dövlətimizə, xalqımızın maraqlarına qarşı ən iyrənc üsullarla iftiralar atır, videolar hazırlayıb, onları sosial şəbəkədə paylaşır.

Lakin bu arada onun barəsində növbəti fakt üzə çıxıb. SİA xəbər verir ki, O. Teymurxanın qardaşı Bəbir Bəbirovun Bakının Suraxanı rayonu ərazisində bazar qiyməti 600 min dolları təşkil edən böyük obyekti fəaliyyət göstərir. Bu obyekt idman-əyləncə, iaşə və istirahət məkanı olaraq tanınır. Eyni zamanda, Orduxanın qardaşına məxsus bir neçə evlər, avtomobillər də mövcuddur. Bu zaman milli satqına ünvanlanacaq belə bir sual yaranır ki, əgər onun iddia etdiyi kimi, Azərbaycanda insanların sosial durumu ağırdırsa, onun qardaş və bacıları hansı vasitələrlə normal həyat qurub bu ölkədə yaşayırlar? Məgər ortada olan növbəti fakt hər şeyi tam çılpaqlığı ilə üzə çıxarmırmı?

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə