Erməni məmur Gürcüstanda saxlanıldı

Gürcüstanın “Birləşmiş Su Təchizatı” Şirkətinin Axalkalaki şəhəri üzrə idarəsinin rəhbəri Vard Mosoyan saxlanılıb. APA-nın məlumatına görə, V. Mosoyan dövlət vəsaitinin qanunsuz mənimsənilməsi və istifadəsində şübhəli bilinir.

Söhbət 2014-cü ildə Axalkalaki bələdiyyəsinin su təchizatı sisteminin yenidən qurulması ilə bağlı elan olunmuş tenderdən gedir. Tenderdə qalib gələn şirkət V. Mosoyanın həyat yoldaşı Eranuh Aleksanyanın adına qeydiyyata alınıb. Şirkət bir neçə kəndin su təchizatı sisteminin yenilənməsinə 75 min lari vəsait yönəldib. Layihə şirkət tərəfindən yerinə yetirilməli olsa da, işlərdə Axalkalaki su təchizatı şirkətinin avadanlıqları və əməkdaşlarından istifadə olunub. V. Mosoyan özünü qismən günahkar hesab etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə