Vyanada İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib

Fevralın 22-də ATƏT PA-nın 17-ci sessiyası çərçivəsində Assambleyanın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib. AZƏRTAC xəbər verir ki, toplantıda qrupa qoşulmuş ölkələrin təmsilçiləri, ATƏT PA-nın prezidenti Georgi Sereteli, baş katibi Roberto Montella və müxtəlif ölkələrin parlamentariləri iştirak ediblər.

Toplantıda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Assambleyanın vitse-prezidenti Azay Quliyevin sədrlik etdiyi ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna daha iki ölkənin – Yunanıstan və Moldovanın üzvlüyü haqqında müraciətlərinə baxılıb, hər iki dövlət yekdilliklə qrup üzvlüyünə qəbul edilib. Beləliklə, qrupa üzv ölkələrin sayı 22-yə çatıb və görüşdə bir sıra digər təşkilati məsələlər müzakirəyə çıxarılıb.

Bundan əlavə, Qrupun Andorra görüşündən sonrakı dövrdə əldə etdiyi nailiyyətlər, bu il martın 13-14-də Azərbaycanda keçiriləcək ilk beynəlxalq tədbiri - Beynəlxalq Bakı Konfransına dair müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...