ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verib

ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristin Vigenin tutduğu vəzifədən istefa verib. İstefa barədə qərarını o, fevralın 22-də Vyanada keçirilən ATƏT PA-nın 17-ci qış sessiyasında elan edib.

Keçmiş xüsusi nümayəndənin regiona 2017-ci ilin sentyabr ayında səfəri çərçivəsində mandatına və mövcud praktikaya zidd şəkildə Azərbaycan tərəfinin razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə görüşməsi Azərbaycan tərəfinin kəskin etirazına səbəb olub. Azərbaycanın qurumdakı nümayəndə heyəti K.Vigeninə qarşı etimadsızlıq məsələsini qaldırmış və onun bu vəzifədə bitərəf, şəffaf və hər üç Cənubi Qafqaz dövlətinin etimadına malik şəxs ilə əvəzlənməsi tələbini qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə