Orduxan Teymurxan ermənilərə qahmar çıxdı: “Onlar vandal deyillər” - FAKT

Avropada “siyasi mühacir” adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən blogger Orduxan Teymurxan (Bəbirov) növbəti dəfə onu pulla satın almış erməni lobbisinə qahmar çıxıb. Belə ki, digər xəyanətkar “məsləkdaşları” ilə birgə toplantı keçirən və “şərəfsiz” sözünü özünə təhqir hesab etmədiyini deyən və tez-tez “demokratik dəyərlərdən”, “ədalətdən” dəm vuran O.Teymurxan bu dəfə daha izafi xəyanətkarlığa yol verərək, iddia edib ki, tarixi Qərbi Azərbaycan torpaqlarında və işğal edilmiş Dağlıq Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılan azərbaycanlı məzarlıqları heç də onların vandallıqları sayəsində məhv olmayıb və s. Onun ucuz təfəkkürünə görə, guya ermənilərin otlaq sahəsinə çevrilmiş həmin məzarlıqları donuzlar, keçilər və mal-qaraları dağıdıb (?!-R.N.)

Onun Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində belə bir mənfur iddia ilə çıxış etməsi açıq-aşkar ermənilərə işləyən Vətən xaini olduğunu sübut edir!

Digər tərəfdən, bu həmin Orduxandır ki, Fransada, Hollandiyada, Almaniyada dəfələrlə erməni lobbisinin pulları hesabına nümayişlər keçirib, Azərbaycanın dövlətçilik maraqlarını ayaq altına alıb və bununla da daxilindəki iyrənclikləri üzə çıxarıb. Ümumiyyətlə, onun Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində belə bir mənfur iddia ilə çıxış etməsi də kifayət qədər sübut edir ki, o, açıq-aşkar ermənilərə işləyən Vətən xainidir. Əldə edilən videomaterialdan və həmin satqının çıxışından da da görünür ki, o hər vəchlə özünə “qardaş”, “dayı”, “əmi” hesab etdiyi işğalçı erməniləri təmizə çıxarmağa cəhdlər göstərir. Halbuki, onun yaxınları artıq bir neçə dəfə ondan imtina etdiklərini, ailə üzvlüyündən sildiklərini media vasitəsi ilə bəyan ediblər. Görünür, O.Teymurxana doğmalarından daha artıq hesab etdiyi erməni lobbisi və bu lobbinin dəstəklədiyi Avropanın bəzi qaranlıq siyasi dairələri axır zamanlar, xüüsusilə, Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi daha yaxşı baxırlar.

Bütün kartlar açılıb və kimin-kim olduğu da sübuta yetirilib!

Halbuki, bu gün Avropada yaşayan kifayət qədər Vətən və dövlət sevgisi olan millət nümayəndələrimiz var ki, onlar Xocalı soyqırımı ərəfəsində Azərbaycan dövlətinin dəstəyi ilə böyük tədbirlər keçirirlər, ötən əsrin qanlı cinayəti olan bu soyqırımını dünyaya tanıtdırırlar. Bu zaman sual yaranır - əgər Orduxan bu qədər “vətənpərvərdirsə” niyə gedib Ermənistan səfirliyinin qarşısında Xocalı soyqırımı qurbanlarının fotolarını qaldırmır? Niyə Avropa ictimaiyyətinə erməni vandalizminin mahiyyətini, Azərbaycanın haqq səsini çatdırmır? Bunun yerinə "Ermənilər bilərəkdən vandalizm formasında məzarları dağıtmayıblar", yaxud “ermənilər bilərəkdən qəbirlərə, məscidlərə ziyan vurmayıblar” tipli sərsəm sayıqlamalar səsləndirir.

Göründüyü kimi, mövcud sübut və fakt bu sualların cavabını yetərincə verir və bu gün onun Azrbaycandakı dəstəkçiləri olan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıyeva, Xədicə İsmayıl, İsa Qəmbər, Arif Hacılı və digərlər “demokratlar” da sözü yox ki, onun kimi düşünürlər. Yəni ermənilərin heç də “vandal” olmadıqlarını deyirlər. Artıq bütün kartlar açılıb və kimin-kim olduğu da sübuta yetirilib!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə