Zakir Həsənov Belarusa səfərə gedib

Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib. Nazirlikdən SİA-ya verilən məlumata görə, belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın Müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə