MSK-da Aİ-nin nümayəndəlik rəhbəri ilə görüş keçirilib FOTOLAR

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 21-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskasla görüşüb. SİA-nın verdiyi məlumata görə, Avropa İttifaqının Azərbaycandakı səfirini səmimiyyətlə salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunub və bildirib ki, MSK-nın xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərdə Avropa İttifaqı ilə də yaxından əməkdaşlıq edilib və bu münasibətlər çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas səmimi qəbula görə təşəkkür edərək, ölkəmizin seçki sistemi, eləcə də 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqlarla maraqlanıb.

Sədr Məzahir Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülmüş işlər, eləcə də nəzərdə tutulan genişmiqyaslı layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə