XİN rəhbəri Cenevrəyə səfər edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının Cenevrədə keçiriləcək 37-ci sessiyasında iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə diplomatik mənbə məlumat verir.

Fevralın 26-dan martın 23-dək davam edəcək sessiyanın ilk həftəsində 100-ə yaxın ölkədən rəsmi şəxslərin iştirakı və çıxışı gözlənilir.

İclasda E. Məmmədyarovun da çıxışı nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə