İbrahim Kalın: "Terrorçu qruplar Afrinə girməyi təkrarlaya bilər"

Türkiyə “Zeytun budağı” əməliyyatını dayandırmayacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın bildirib ki, Türkiyə Suriyada beynəlxalq hüquq çərçivəsində hərəkət edir və öz sərhədlərini terrorçulardan müdafiə edir.

Onun sözlərinə görə, Bəşər Əsəd rejiminin dəstəklədiyi terrorçu qruplar Afrinə girmək təşəbbüsünü təkrarlaya bilər: "Mümkündür. Amma bununla bağlı müvafiq tədbilər alınıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə