"Uşaq əməyindən istifadəyə qarşı mübarizə ili"

Türkiyədə 2018-ci il "Uşaq əməyindən istifadəyə qarşı mübarizə ili" elan olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ildən başlayaraq, ölkənin bütün dövlət strukturları uşaq əməyinin istismarına qarşı mübarizə aparacaq.

Bildirilir ki, bu çərçivədə Türkiyə ərazisində müvafiq tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyə KİV-in məlumatına əsasən, ölkədə 2 milyona yaxın uşağın əməyi istismar olunur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə