Deputat: "Hər bir adamın fərdi qiymətləndirilməsi aparılacaq" MÜNASİBƏT

“Cəmi iki ildən sonra Çində hər bir adamın fərdi qiymətləndirilməsi aparılacaq. Buna sosial reytinq sisteminin (Social Credit Score) tətbiqiylə start verilir”. SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, adamların işə götürülüb-götürülməmələri, onlara ipoteka verilib-verilməməsi, hətta uşaqlarının hansı məktəbə qoyulması da bu qiymətləndirmənin nəticəsindən asılı olacaq: “Qiymətləndirmə zamanı beş göstərici - fərdin sosial əlaqələri, istehlakçı davranışı, cəmiyyət üçün nə dərəcədə təhlükəli olub-olmaması, mal varlığı və qanun-qaydalara necə əməl etməsi əsas götürülür.

Layihənin üzərində China Rapid Finance və Sesame Credit kimi şirkətlər işləyir ki, birincinin WeChat xəbərləşmə, ikincinin isə AliPay ödəmə sisteminə 850 milyon adam qoşulub. Yəni sadəcə bu iki şirkətin yardımıyla yüz milyonlarla çinlinin vaxtını necə keçiridyini, kimlə əlaq saxladığını, hara getdiyini, nə aldığını, borcunu vaxtlı-vaxtında ödəyib-ödəmədiyini və bir sıra başqa məsələləri müəyyənləşdirmək mümkündür.

Qərbdə Çinin bu niyyəti mürtəce bir hərəkət kimi qiymətləndirilir və belədə vətəndaşların total kontrol altına alındığı vurğulanır. Oysa Edvard Snoudenin açıqlamaları da da göstərdi ki, Çini tənqidə tutanlar həmən kontrolu çoxdan tətbiq edirlər. Sadəcə bu açıqlanmadan, gizli şəkildə reallaşdırılır və bir ölkəni yox, bütün dünyanı əhatə edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə