Misir səfirinin səlahiyyət müddəti başa çatıb FOTOLAR

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Suzan Gəmil Nouhu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Misir arasında əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Suzan Gəmil Nouh diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və Azərbaycan və Misir arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Tərəflər Hökumətlərarası Birgə Komissiyanın tezliklə iclasının keçiriləcəyini müsbət addım kimi qeyd edərək Komissiyanın fəaliyyətinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıqlarını ifadə ediblər.

Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunaraq, 5-6 aprel tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov səfir Suzan Gəmil Nouha gələcək fəaliyyətində uğurlar arzu edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə