Türkiyə prezidenti: "Afrin şəhərinin mərkəzi mühasirəyə alınacaq”

“Afrin şəhərinin mərkəzi yaxın günlərdə Türkiyə ordusu tərəfindən mühasirəyə alınacaq”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğanın sözlərinə görə, Afrin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcək: “Afrinin mühasirəsindən sonra terrorçular Suriyanın digər regionlarından gələn dəstəkdən tam təcrid olunacaq. Eyni zamanda terror təşkilatının kimlərləsə bazarlıq etmək imkanı da aradan qalxacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə