XİN rəhbəri: “Rəsmi Moskva bəyanatları qəbuledilməz hesab edir”

"Rəsmi Moskva İsrailin məhv edilməli olduğuna dair bəyanatları qəbuledilməz hesab edir". SİA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün "Valday" klubunun təşkil etdiyi "Rusiya Yaxın Şərqdə: bütün meydanlarda oyun" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

"Biz dəfələrlə demişik ki, İsrailin sionist bir quruluş kimi məhv edilməsi, yer üzündən silinməsi kimi açıqlamaları qəbul edə bilmərik. Hesab edirəm ki, bu, şəxsi maraqlarını təbliğ etmək üçün tamamilə yanlış yoldur", - deyə, Sergey Lavrov fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə