MSK-nın növbəti iclası keçirilir YENİLƏNİR

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün növbəti iclası keçirilir. SİA-nın verdiyi məlumata görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında gündəlikdə duran məsələlərə baxılıb.

Daha sonra MSK katibi Arifə Muxtarovaya söz verilib.

İclas hazırda davam edir.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə