Pakistan mediası Azərbaycanda keçiriləcək seçkilərdən yazdı

“Seçkilərin oktyabrda və ya apreldə keçirilməsi nə potensial namizədlərin imkanlarını məhdudlaşdırır, nə də onlara əlavə üstünlüklər verir”

Pakistanın kütləvi informasiya vasitələri Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı elan olunan qərara xüsusi diqqət ayırıblar. SİA-nın verdiyi məlumata görə, "Election Times" və "National Courier" qəzetlərində və bu qəzetlərin internet portallarında dərc olunmuş məqalələrdə, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli sərəncamı ilə 11 aprel tarixində ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi diqqətə çatdırılır.

Məqalədə bəzi Qərb KİV-də bu erkən seçkilərlə bağlı “hay-küy” qaldırılmasına və əsassız spekulyasiyalara yer verilməsinə baxmayaraq, əslində erkən seçkilərin elan edilməsinin konstitusiyaya tamamilə zidd akt olmadığı və Azərbaycan Konstitusiyasının ölkə Prezidentinə bu səlahiyyəti verdiyi qeyd olunur. Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin seçicilərə müraciət edərək etimad səsi üçün növbədənkənar prezident seçkiləri elan etmək hüququ vardır.

Müəllif yaxın keçmişdə Yunanıstan, İspaniya, Birləşmiş Krallıq, Yaponiya və Almaniyada da erkən seçkilərin keçirildiyini qeyd edir və Azərbaycanda keçiriləcək bu tip seçkilərə hansı səbəbdən “xüsusi diqqət” ayrıldığını sorğu edir. Müəllif qeyd edir : “Azərbaycan və MDB ölkələri üzrə regional ekspert kimi deyə bilərəm ki, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi nə potensial namizədlərin imkanlarını məhdudlaşdırır, nə də onlara əlavə üstünlüklər verir.”

Məqalədə Azərbaycan Konstitusiyası barədə qısa məlumat verilərək bildirilir ki, Konstitusiya “hakimiyyət bölgüsü” və “nəzarət” prinsiplərinə əsaslanır, burada əsas insan hüquqları, vicdan azadlığı, sosial ədalət təmin edilir, heç bir ayrı-seçkiliyə yol verilmir, siyasi fəallığı, demokratikləşməni təşviq edir. “Erkən seçkilər həm də ona görə əhəmiyyətlidir ki, 2025-ci ildə Azərbaycanda parlament və prezident seçkiləri təqribən eyni vaxtda keçiriləcək. Bəzi Qərb mediyasında məqsədyönlü aparılan təbliğatın əksinə olaraq, erkən seçkilərin siyasi manevrlə, şəxsi ehtiyatlılıqla heç bir əlaqəsi yoxdur. Bu seçkilər “insanların azad seçim imkanlarını” daha da artıra və ölkədəki siyasi yetkinliyi inkişaf etdirə bilər.”

Müəllif vurğulayır ki, müsəlman dünyasında “ilk demokratik respublikanın” xələfi olan Azərbaycan Respublikası daima ədalətli, azad və şəffaf seçkilər keçirərək, bunun ölkədəki siyasi sabitlik, ictimai maarifləndirmə və iqtisadi inkişafa öz töhfəsini verəcəyinə əmindir. O qeyd edir ki, bu günə qədər Azərbaycanda keçirilmiş bütün seçkilər ölkə Konstitusiyasına, Seçki Məcəlləsinə və digər müvafiq normativ aktlara uyğun olaraq, demokratik, şəffaf və ədalətli əsasda təşkil olunmuşdur. “Qeydiyyatdan keçmiş namizədlərə daim İctimai Televiziyada və dövlət qəzetlərində bərabər şəkildə seçki kampaniyası aparmağa şərait yaradılmışdır.”

Məqalədə Azərbaycanın düşünülmüş iqtisadiyyatın, müasirləşmənin və effektiv idarəetmənin rəmzinə çevrildiyi qeyd olunur. Müəllif ölkədə davamlı iqtisadi inkişafın, siyasi sabitliyin, sistemin davamlılığının mövcud olduğunu vurğulayır və əlaqələndirici qovşaq, iqtisadi dəhlizlər, iri miqyaslı layihələr vasitəsilə Azərbaycanın regionda öz üstünlüyünü qoruyub saxladığını diqqətə çatdırır. “Hazırda Cənubi Qafqazın ÜDM-nun 75-80%-dən çoxu bu ölkənin payına düşür.”

Müəllif həmçinin, hazırda Azərbaycanın dünyada ən stabil ölkələrdən biri olduğunu, ölkədə hökumətlə xalq arasında ən yüksək “etimad səviyyəsinin” mövcudluğunu diqqətə çatdırır, Prezident İlham Əliyevin effektiv idarəetmə və xalqa xidmət konsepsiyalarının ləyaqət, şəffaflıq və funksional effektlilik prinsiplərinə əsaslandığını vurğulayır. “Yeni Azərbaycan Partiyasının sədri, hazırki Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi yalnız hakim partiyanın deyil, eyni zamanda bütün Azərbaycan xalqının iradəsini əks etdirir.”

Məqalədə qeyd olunur ki, Azərbaycanda “söz azadlığı” ən yüksək səviyyədədir və bu sahədə heç bir məhdudiyyət yoxdur. “Bundan başqa, hər bir vətəndaş istənilən mövzuda öz fikirlərini müvafiq KİV-də ifadə edə bilər. Bu gün Azərbaycan mediyası müstəqildir, peşəkardır.”

Müəllif bir daha xatırladır ki, demokratiya seçicilərin rifahı üçündür, sosial-iqtisadi inkişafa zəmanət verir və insanların şərəfini qoruyur. “Əlbəttə ki, Azərbaycan yetkin demokratik ölkədir və növbəti prezident seçkiləri də ölkədəki demokratik ruhu daha da gücləndirəcək.. Həmçinin, demokratiya “Xoşbəxtlik Kraliçası” deyil, əksinə bu, özündə siyasi islahatları, davamlı sosial-iqtisadi inkişafı, daha yaxşı təhsili, səhiyyəni, iş yerlərinin açılmasını ehtiva edən tədrici və davamlı bir prosesdir.. Burada əsas olan istənilən siyasi qisasdan, iqtisadi təqiblərdən, sosial ayrı-seçkilikdən və ən önəmlisi etnik bölücülükdən azad şəkildə işləyən “İdarəçilik Sistemidir”. Azərbaycanda demokratiya möhtəşəmdir, xalqa yaxındır və həqiqidir.”

http://electiontimes.pk/the-azerbaijans-presidential-election-2018-in-october-or-april-neither-limits-the-opportunities-of-potential-candidates-nor-gives-them-additional-advantages/ https://nationalcourier.pk/opinion/azerbaijans-presidential-election-2018/

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...