"Radikallar havadarları kimi bu məsələdə çıxılmaz vəziyyətdə qalıblar"

"Azərbaycana qarşı qarayaxma məqsədli surətdə edilmişdi. Azərbaycanın artan nüfuzu, Azərbaycanın beynəlxalq birlikdə siyasi çəkisi müəyyən anti-Azərbaycan dairələri narahat edirdi. Və bunun perspektivi olmadığı açıq aydın görünürdü". Bunu SİA-ya açıqlamasında Milan Məhkəməsinin Azərbaycanla siyasi korrupsiyada ittiham olunan İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, depudat Luka Voloteyə bəraət verilməsinə münasibət bildirərkən qeyd edib.

A.Mirzəzdənin sözlərinə görə, hesab edirdilər ki, Azərbaycan sadəcə olaraq, buna əhəmiyyət verməyəcək və onlar yalanlarını uzadacaq: "Ancaq indi nüfuzlu bir məhkəmənin Azərbaycanın günahsızlığını təsdiqləməsi həmin dairələr üçün çox ciddi zərbə oldu. Bu, eyni zamanda, erməni diaspor təşkilatları üçün də növbəti zərbə oldu. Maraqlı budur ki, Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət nədənsə o ittihamları tirajlayırdı, indi isə məhkəmə qərarı barəsində sadəcə susur. Çünki radikallar havadarları kimi bu məsələdə çıxılmaz vəziyyətdə qalıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə