"Azərbaycan ərazilərinin işğalı heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək"
Bu il ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan erməni təcavüzkar separatizminin 30 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ərazilərinin işğalı və Ermənistanın təcavüzkar separatizminin davam etməsini KİV-ə şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:
“Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürüb və təcavüzkar separatizmi aktiv şəkildə dəstəkləyib. Bu iddialardan əvvəl Dağlıq Qarabağda və Ermənistanda yaşayan azərbaycanlılara qarşı hücumlar törədilib və bu kimi əməllər də mülki əhali arasında itkilər və azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnib. Beləliklə, 1980-ci illərin sonunda 200 mindən çox azərbaycanlı Ermənistandan zorla çıxarılıb. Həmçinin Dağlıq Qarabağın 40 mindən çox köklü Azərbaycan əhalisi etnik təmizləmə və qəddar terror hücumlarına məruz qalıb.
Ümumiyyətlə, 1980-ci illərin sonlarından etibarən Ermənistanın xüsusi xidmət orqanları və onlarla yaxından əlaqəli olan bəzi erməni təşkilatlarının Azərbaycana qarşı terror aktlarının, o cümlədən yol, dəmir yolu, dəniz və hava nəqliyyatı və yerüstü kommunikasiyalara qarşı törədilmiş cinayət əməlləri nəticəsində əksəriyyəti qadın, yaşlı və uşaq olmaqla 2000-dən çox Azərbaycan vətəndaşı qətlə yetirilib.
Buna paralel olaraq, Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan birtərəfli qaydada ayrılması prosesinə rəvac vermək üçün bir sıra qeyri-qanuni qərarlar qəbul edilib.
Dağlıq Qarabağın erməni separatçıları və Ermənistan tərəfindən sərhəd xəttini dəyişmək cəhdləri (və ya Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmış ərazilərindən çıxarılması) Azərbaycan və o zaman SSRİ hakimiyyəti tərəfindən qəbul edilməyib. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti (1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti - Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırılması, Azərbaycanın bundan 13 və 17 iyun tarixlərində imtina etməsi və Ermənistanın 15 iyun tarixində edilən tələbi dəstəkləməsi) Dağlıq Qarabağı Azərbaycan SSR tərkibində saxlamaq barədə qərar qəbul etdi.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti öz iclasında Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında qeyri-qanuni bir qərar qəbul etdi. Lakin 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla bağlı 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğunsuzluğu” haqqında qərarında Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana birləşməsinin qeyri-qanuni olduğunu elan etdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi və 1991-ci il oktyabrın 18-də və 1991-ci il 29 dekabr tarixində bu rəsmi təsdiq edildi.
Bütün bunlar onu göstərir ki, hələ o zaman Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olması ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu.
Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi" və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır.
Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqilliyini əldə etməmişdən öncə sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib.
1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Sovet Sosialist Respublikaları İttifaqının mövcudluğuna son qoyulduqdan və həm Ermənistan, həm də Azərbaycan müstəqillik qazandıqdan və beynəlxalq aləmdə tanındıqdan sonra Ermənistan tərəfindən Azərbaycan daxilində məskunlaşmış ərazilərə törədilən hərbi əməliyyatlar və hücumlar artdı və genişmiqyaslı dövlətlərarası müharibəyə çevrildi. Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin nəticəsi kimi, Dağlıq Qarabağ regionu, yeddi ətraf rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdamın bir hissəsi) və bir sıra anklavlar daxil olmaqla, Azərbaycan ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildi. Yeddi ətraf rayondan 700 mindən çox azərbaycanlı zorla qovuldu və qanlı etnik təmizləmənin hədəfi oldu.
Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək kimi hüquqi prinsipindən sui-istifadə edir və onu təhrif edir. Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir. Bu məqsədlə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində işğal və təcavüz nəticəsi olan qanunsuz və qondarma rejim yaradıb.
Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur.
Nəticə etibarilə, Ermənistanın iddiaları Azərbaycanın müstəqilliyinə gedən dövr ərzindəki və müstəqillikdən sonrakı hüquqi bazaya və çərçivələrə görə tamamilə əsassızdır. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı müvafiq qətnamələrində də təsdiqlənib və bundan sonra bu mövqe müxtəlif beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib. Qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ ermənilərinin birtərəfli olaraq “müstəqillik” elan etməsindən sonra BMT Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyan və Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsbit edən və ərazi əldə etmək üçün gücdən istifadənin yolverilməz olduğunu vurğulayan Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Beləliklə, BMT Təhlükəsizlik Şurası qəti şəkildə müəyyən edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda birtərəfli qaydada müstəqilliyin elan edilməsi tamamilə qanunsuzdur.
Ümumilikdə, bu nəticələr kimi təsnif edilə bilər: Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqillik elan etdiyi dövrdə SSRİ qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini əldə edib; Dağlıq Qarabağ həmin vaxt SSRİ-nin müvafiq legitim orqanları tərəfindən təsbit edildiyi kimi, Azərbaycanın ərazisinə daxildir; Azərbaycan Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmış ərazi hüdudlarından kənara çıxarılmasına razılıq verməyib; Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi və ya onun müstəqilliyi hər hansı üçüncü dövlət tərəfindən tanınmır; Azərbaycanın müstəqilliyi öncəsi Dağlıq Qarabağdakı separatçıların hərəkətləri uti possidetis prinsipinə ziddir və bunlar Azərbaycanın hüquqi sistemi çərçivəsində qiymətləndirilməlidir; Dağlıq Qarabağın sakinləri Azərbaycanın hüdudları çərçivəsində öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Beynəlxalq hüquqa əsasən onların Azərbaycandan ayrılmaq hüququ yoxdur; Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra Dağlıq Qarabağda həyata keçirilən əməllər separatçı/ayırıcı əməllərdir və Azərbaycanın daxili hüquqi sistemi çərçivəsində qiymətləndirilməlidir; Ermənistanın Azərbaycana qarşı gücdən istifadə daxil olmaqla törətdiyi əməlləri dövlətlərin ərazi bütövlüyünə hörmət kimi fundamental beynəlxalq hüquq normasının, həmçinin digər müvafiq beynəlxalq hüquqi prinsiplərin, o cümlədən güc tətbiq edilməsinin qadağan olunmasının pozulmasıdır.
Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazilərinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu anlamla münaqişənin həlli prosesində iştirak edir. Azərbaycan bir daha Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə işğal və etnik təmizləmə siyasətini dayandırmağı və münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməyi, beynəlxalq öhdəliklərini yerinə yetirməyi və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Etirazçılar hökumət evinə qədər yürüş ediblər...
Dünya 01:32ABŞ İsrailə 26 milyard dollar ayırır...
Dünya 01:03Voronejdə partlayışlar baş verib
Dünya 00:34Ruslara “Moskviç 3” markalı avtomobilin qiymətini deyiblər
Maraqlı 17 Aprel 23:53Futbolçu karyerasını 58 yaşında bərpa edib
Maraqlı 17 Aprel 23:432009-cu ildən sonra doğulanlar üçün siqaret qadağası..?
Dünya 17 Aprel 23:342024 və 2025-ci illərdə qlobal ÜDM nə qədər olacaq?
İqtisadiyyat 17 Aprel 23:26Arşavin Baranovskayanı yeni günahlarda ittiham edib...
Maraqlı 17 Aprel 23:15Ukraynada rusiyalı opera müğənnisinə qarşı ittiham irəli sürülüb
Dünya 17 Aprel 23:04“Kişi” anasını və nənəsini bıçaqlayaraq öldürüb...
Hadisə 17 Aprel 22:57"Politico" səfərbərlikdən qaçan ukraynalıların sayını açıqlayıb
Dünya 17 Aprel 22:43İsrail döyüş təyyarələri Meqazi qaçqın düşərgəsini hədəfə alıb..?
Dünya 17 Aprel 22:35İsrail İrana qarşı planlaşdırdığı cavab zərbəsini ləğv edib...
Dünya 17 Aprel 22:26Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
İdman 17 Aprel 22:16Rusiya Hindistana neft tədarükünü artırıb
Dünya 17 Aprel 22:08Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb
Təhsil 17 Aprel 21:55Fransanın "küskün" obrazı yaratmaq cəhdi gülüncdür - Vüqar Rəhimzadə
Siyasət 17 Aprel 21:52Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək
Mədəniyyət 17 Aprel 21:48Rusiyada rekord sayda işçi çatışmazlığı yaşanır...
Dünya 17 Aprel 21:36Yüksək Liqa: “Azərreyl” finala yüksəlib
İdman 17 Aprel 21:26Rus sülhməramlıları buna görə Qarabağdan çıxır...
Siyasət 17 Aprel 21:14Rusiyadan gətirilən dondurulmuş toyuq almayın!
Sosial 17 Aprel 21:05Son 14 il ərzində rekord sayda rusiyalı “şpion” mühakimə olunub
Dünya 17 Aprel 20:56Orban Ukraynanı suveren dövlət hesab etmir..?
Dünya 17 Aprel 20:46“Ukraynaya yardım göndərin..!”
Dünya 17 Aprel 20:38Çeçenistanın fövqəladə hallar naziri Dağıstanda saxlanılıb
Dünya 17 Aprel 20:27Bilyard Federasiyanın prezidenti: "Avropa çempionluğu tarixi nəticədir"
İdman 17 Aprel 20:14İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri Suriyadan qaçır..?
Dünya 17 Aprel 20:07Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə görüşəcək
Dünya 17 Aprel 19:54Yaxın Şərqin havası Avropada təbii qazın qiymətinə təsir etdi
Dünya 17 Aprel 19:47Tarixi hesab olunan və artıq başlayan BÖYÜK PROSES - TƏHLİL
Siyasət 17 Aprel 19:30Daha bununla bağlı heç kim mübahisə etmir...
Siyasət 17 Aprel 19:25Erfan Kudusov: "Bu il Krımda yay mütləq isti keçəcək..."
Dünya 17 Aprel 19:19''İraqda 30 kilometrlik təhlükəsiz xətt yaradılıb''
Dünya 17 Aprel 19:06Laçın hava limanı ilə bağlı müqavilə imzalandı
Sosial 17 Aprel 18:59Hakan Fidan İsmayıl Haniyə ilə görüşüb
Dünya 17 Aprel 18:48Rusiya Çerniqov şəhərinə hücum etdi, ölən və yaralananlar var...
Dünya 17 Aprel 18:38Mer: "Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir"
Dünya 17 Aprel 18:27Türkiyə Qəzza zolağıına humanitar yardım göndərib
Dünya 17 Aprel 18:14Azərbaycan-Serbiya: ikitərəfli və çoxtərəfli əməkdaşlıq
Siyasət 17 Aprel 17:4818 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Mədəniyyət 17 Aprel 17:48Beynəlxalq oyunçular: qərəzdən doğan təxribat
Siyasət 17 Aprel 17:32“Mentalitet sonradan qazanılmış vərdişlərdir“ - SOSİOLOQ DANIŞDI
Sosial 17 Aprel 17:18Niyə yaşlılar və uşaqlar eyni psixologiyada olurlar? - PSİXOLOQ ŞƏRH ETDİ
Sosial 17 Aprel 17:17Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişib
İdman 17 Aprel 17:16Sosial şəbəkə asılılığından necə qurtulaq? - ARAŞDIRMA
Sosial 17 Aprel 17:16Tbilisidə atışma olub - Yaralananlar var
Dünya 17 Aprel 17:12Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti ADU-da olub - FOTO
Təhsil 17 Aprel 17:07İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
Siyasət 17 Aprel 17:05Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
Siyasət 17 Aprel 17:04Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
İdman 17 Aprel 17:03Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
Siyasət 17 Aprel 16:59Əli Kərimli Qənimətə qarant, qranta qənimət deyib ŞƏRH
Siyasət 17 Aprel 16:52Müsavat “Milli Şura”nın mitinqinə etiraz etdi ANALİZ
Siyasət 17 Aprel 16:51"Yaşıl dünya naminə həmrəylik ili" FOTOLAR
Siyasət 17 Aprel 16:51Dünyanın xilası: yaşıl rəng və yaşıl enerji
COP29 17 Aprel 16:50Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib - FOTO/VİDEO
Siyasət 17 Aprel 16:46Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb
Mədəniyyət 17 Aprel 16:44Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə edib
Siyasət 17 Aprel 16:43“Müəllimlər DİM-in sirrini tapıblar“ - EKSPERT RƏYİ
Təhsil 17 Aprel 16:29Yeni kaledoniyalı parlamentarilər QH Gənclər Təşkilatının mənzil-qərargahında olublar
Sosial 17 Aprel 16:28Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
İdman 17 Aprel 16:26Ən sevdiyiniz fəsil hansıdır və nə üçün? - SORĞU
Sosial 17 Aprel 16:20“Xalq ölkədəki vəziyyətdən çox razıdır” - ŞƏRH EDİLDİ
Siyasət 17 Aprel 16:09Bakıda istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOLAR
Hadisə 17 Aprel 16:07Qazaxda Aqrar Biznes Festivalı keçirilib - FOTOLAR
İqtisadiyyat 17 Aprel 16:00Paşinyan Tavuş bölgəsinin sakinlərini qismən razı sala bilib
Siyasət 17 Aprel 15:55Milli Hokkey Liqasında azarkeş rekordu qeydə alınıb
İdman 17 Aprel 15:54"Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
Siyasət 17 Aprel 15:41Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
İdman 17 Aprel 15:36“Xalqımız dövlətinin yanında olduğunu daima göstərib” - MÜNASİBƏT BİLDİRİLDİ
Siyasət 17 Aprel 15:29Hadı Rəcəbli dəfn olundu - FOTOLAR
Hadisə 17 Aprel 15:28“Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
Siyasət 17 Aprel 15:26Türkiyə PUA istehsalında çox inkişaf etmiş bir addım atdı - Nikos Dendias
Dünya 17 Aprel 15:16Troya xarabalıqları - FOTOLAR
Turizm 17 Aprel 15:05Xəzər rayonunda silahlı şəxs saxlanılıb
Hadisə 17 Aprel 15:02Ramil Şeydayev Türkiyə çempionatında cəzalı duruma düşə bilər
İdman 17 Aprel 15:01Reklam Agentliyinin yeni sədri kollektivə təqdim olunub
İqtisadiyyat 17 Aprel 14:59Pakistanda ölənlərin sayı 71 nəfərə çatıb
Dünya 17 Aprel 14:47"Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
Səhiyyə 17 Aprel 14:41“Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır"
Siyasət 17 Aprel 14:39YAP Sədrinin müavini ilə Kubanın Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Siyasət 17 Aprel 14:38Şahin Bağırov Bərdədə vətəndaşları qəbul edəcək
İqtisadiyyat 17 Aprel 14:34Qayınana: birgə, yoxsa ayrı yaşamalı? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 17 Aprel 14:28"Artıq dünya qarışıb" - ŞƏRH EDİLDİ
Siyasət 17 Aprel 14:14“Sabahın alimləri” müsabiqəsinə azad olunmuş ərazilərdə təhsil alan şagirdlər də qatılıb
Təhsil 17 Aprel 14:11Rəhbər Komitənin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
Təhsil 17 Aprel 14:07Komitə sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək
Sosial 17 Aprel 14:01Peskov Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasını təsdiqləyib
Siyasət 17 Aprel 13:58“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay
Sosial 17 Aprel 13:57Özəl xəbərlər
Digər xəbərlərTarixi hesab olunan və artıq başlayan BÖYÜK PROSES - TƏHLİL
Siyasət 17 Aprel 19:30Beynəlxalq oyunçular: qərəzdən doğan təxribat
Xəbərlər 17 Aprel 17:33Beynəlxalq oyunçular: qərəzdən doğan təxribat
Siyasət 17 Aprel 17:32“Mentalitet sonradan qazanılmış vərdişlərdir“ - SOSİOLOQ DANIŞDI
Sosial 17 Aprel 17:18Niyə yaşlılar və uşaqlar eyni psixologiyada olurlar? - PSİXOLOQ ŞƏRH ETDİ
Sosial 17 Aprel 17:17Sosial şəbəkə asılılığından necə qurtulaq? - ARAŞDIRMA
Sosial 17 Aprel 17:16Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8055 +0,07%
- GBP 2,1122 -0,06%
- RUB 0,0180 -0,56%