"1000 məntəqədə veb-kamera quraşdırılacaq" Məzahir Pənahov

"Seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsi əsasdır. Yaxın vaxtlarda 1000 məntəqədə veb-kamera quraşdırılacaq. İndiyədək bu məsələdə problem olmayıb”. SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, prezident seçkilərində səsvermə günü - aprelin 11-də heç bir maneə olmadan proseslər veb-kameralarla izləniləcək: “Həmin gün Mərkəzi Seçki Komissiyasının saytına daxil olanların sayı çox olduğu üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki dəstək verir”.

MSK sədri əlavə edib ki, prezidentliyə namizədliyi irəli sürülənlərə bərabər şərait yaradılacaq: “Tərəfləri Seçki Məcəlləsinin tələblərinə riayət etməyə dəvət edirik. Arzu edirik ki, müraciət edənlərin hamısı qeydə alınsın”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...