“ABŞ terrorçulara dəstək verdiyini rəsmən etiraf edir” MÜNASİBƏT

“ABŞ-Türkiyə münasibətlərində qəribə vəziyyət yaranıb. Deməli, Vaşinqton Türkiyənin Suriyada savaşdığı YPG-yə silah verir ki, terrorçular NATO-dakı müttəfiqinə məğlub olmasınlar və müttəfiqinin daha çox hərbçisini öldürsünlər. Beynəlxalq aləmdə bunca absurd durumu xatırlamıram”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinə təqdim olunan hesabatda rəsmən təsdiq olunub ki, Amerika Suriyada "PKK-nın qolu olan YPG-yə dəstək verir və bu siyasət davam edəcək". Yəni hesabatda "PKK-nın qolu" ifadəsi işlənib. Halbuki, Amerika həmin PKK-nı illər öncəsi terrorçu təşkilat kimi tanıyıb. Bununla özlərinin tanıdığı terrorçulara dəstək verdiklərini rəsmən etiraf ediblər. Burda artıq məntiq işləmir, Amerika deyir ki, “nə edirəm, yaxşı edirəm, özüm bilərəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...