YAP Qobustan rayon təşkilatının növbəti şura iclası keçirilib

Füzuli Gülaliyev: “Cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir”

13 fevral 2018-ci ildə Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının növbəti şura iclası keçirilib. Geniş tərkibdə keçirilən iclasda şura üzvləri, idarə heyətinin üzvləri, NQT, Gənclər birliyinin, Qadınlar şurasının üzvləri və ərazi ilk partiya təşkilatının sədrləri iştirak ediblər. İclasda çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev iclasın gündəliyi haqqında məlumat verib.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev 8 fevral 2018- ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VI qurultayınnda qəbul edilmiş qərarlar, növbəti Prezident seçkilərinə hazırlıq və Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri, ölkə başçısı cənab İlham Əliyevin namizədliyinin böyük ruh yüksəkliyi ilə verilərək qəbul edilməsi haqqında ətraflı məlumat verib. Natiq qeyd edib ki, partiyanın bu qərarı əslində ümumxalq mövqeyinin ifadəsidir. Çünki Prezident İlham Əliyevin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub”-deyə qeyd edən F.Gülaliyev bildirib ki, Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağrışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir: “Bu illər ərzində ölkəmiz həm iqtisadi,həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb.Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətlərilə bir sırada dayanır. Əlbəttdə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyinə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik”.

Sonra 10 fevral 2018- ci ildə rayon təşkilatı sədrlərinin ümumrespublika müşavirəsində Prezident Seçkilərilə əlaqədar YAP rayon təşkilatları qarşısında qoyulmuş vəzifə və tapşırıqlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, 11 aprel 2018- ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 11 nəfərdən ibarət Qobustan rayon şöbəsi yaradılıb. Qərargahın texniki təchizatı yaxşılaşdırılıb, normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb.

İclasda şura üzvlərindən Əkbərov Məharət çıxış edərək qeyd ediv ki, . rayonda 11 Aprel 2018- ci ildə növbəti prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılmış qərargah artıq bir neçə gündür ki, fəaliyyətə başlayıb. Seçki məntəqələri 11 aprel 2018- ci ildə keçiriləcək növbəti Prezident seçkilərinə hazırlıqla əlaqədar rayonda bütün seçki məntəqələri fəaliyyətə başlayıb, seçici siyahıları dəqiqləşdirilib, məntəqələrin texniki təchizatı təmin olunub. Natiq çıxışında növbəti prezident seçkilərində rayon ictimaiyyətinin fəal iştirakına və layiqli namizədə səs verəcəklərinə inandığını qeyd edib.

Şura iclasında YAP Qobustan rayon təşkilatının idarə heyətinin üzvü Adil Məmmədov çıxış edərək Prezident İlham Əliyevin Qobustan rayonuna göstərdiyi diqqət və qayğıdan ətraflı danışaraq qeyd edib ki, Qobustan rayonunda da hər bir bölgədə olduğu kimi böyük layihələr həyata keçirilib və keçirilməkdə davam edir. Belə ki, rayona su və kanalizasiya xətlərinin çəkilişi, yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, son günlərdə yeni xəstəxana binasının və uşaq bağçasının tikintisi üçün ayrılmış vəsait cənab Prezidentimizin rayonumuza olan diqqət və qayğısından irəli gəlir.

YAP Qobustan rayon təşkilatı idarə heyətinin üzvü Adil Məmmədov isə öz növbəsində qeyd edib ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biri olmaqla yanaşı, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. “Bu siyasət ictimaiyyət tərəfindən dəstəklənir və xalq da görür ki, bu siyasət real, konkret nəticələrə gətirib çıxarır”-deyə qeyd edən çıxışçı əlavə edib ki, bütün sahələr üzrə Dövlət Proqramları həyata keçirilir: “Mühüm islahatlar reallaşdırılıb,ölkəmizi hərtərəfli inkişafı üçün geniş miqyaslı tədbirlər gerçəkləşib. Eyni zamanda humanitar, mədəniyyət, idman və digər sahələrdə də ciddi nailiyətlər qazanılıb.Bu nailiyyətlərin əsasında Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır. Ona görə də xalqımız, cənab Prezidentin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəklədiyini və müdafiə etdiyini bəyan edir”.

Şura iclasının sonunda Qobustan rayonunda da 11 aprel 2018- ci ildə keçiriləcək prezident seçkilərinə hazırlığın yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...