İsa Qəmbərə danılmaz faktlı xatırlatma FOTO-SÜBUT

Sabiq Müsavat başqanı hələ 2016-cı ildə növbədənkənar seçkilərin keçirilməsi barədə mülahizələr yürüdürmüş

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin necə deyərlər, dünən danışdığını bu gün unutması artıq onun siyasi arenada “xəyallarını gerçəkləşdirə bilməmiş qoca” imicində formalaşdığını, hətta siyasətdən getmək zamanı olduğunu növbəti dəfə sübuta yetirir. Məsələ ondadır ki, hələ 2016-cı ilin fevralında İ.Qəmbərin məhz 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirakı üçün nəzərdə tutulmuş “Milli Strateji Düşüncə Mərkəzi” (“MSDM”) adlı qurum yaratması, həmin quruma tərəfdarlarını cəlb etməsi o zamanlar sabiq başqanın qərarlı olduğunu kifayət qədər təsdiqləyirdi. Hətta “MSDM” təsis olunar-olunmaz onun “Böhrandan İmkana Yol Xəritəsi” adlı təklif sənədi də ictimailəşdirilərək müxalifət mətbuatında dərc edilmişdi.

Çox yəqin ki, istər İsa Qəmbər, istərsə də “MSDM”də təmsil olunmuş müxalifət partiya sədrləri də elə də uzaqda olmayan iki il öncəni – 2016-cı ili unutmazlar!

SİA xatırladır ki, adıçəkilən qurumda təmsil olunan müxalif siyasilər bu sənədi tərifləyərək, onun “ciddiliyi” barədə mülahizələrlə çıxış edir, üstəlik “təhlillərini” apararaq, “Yol xəritəsi”nin guya (!) Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi böhrandan çıxması üçün 8 strateji istiqaməti əhatə Etdiyini iddia olaraq irəli sürürdülər. Çox yəqin ki, istər İ.Qəmbər, istərsə də “MSDM”də təmsil olunmuş müxalifət partiya sədrləri də elə də uzaqda olmayan iki il öncəni – 2016-cı ili unutmazlar! Yox, əgər unudublarsa, bu zaman bəzi xatırlatmaları edə bilərik... Misal üçün, “xəritədə” ölkə Konstitusiyasının yeni versiyasının hazırlanması üzrə komissiyanın yaradılması və konstitusiya referendumunun keçirilməsi təklif edilir.

Eləcə də, 2016-cı ilin payızında növbədənkənar parlament seçkilərinin, 2017-ci ildə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi (!) təklif olunur.

Həmçinin, İ.Qəmbər onu da qeyd edib ki, “Yol xəritəsi” ideyasının reallaşması 2018-ci ildə qeyd ediləcək Azərbaycan Demokratik Respublikasının yüzilliyi, yenilənmiş ölkənin demokratik məcrada inkişafı üçün real imkanlar yaradır. (Yazının sonunda İsa Qəmbərin "Yox Xəritəsi"nin "screen" şəklini görə bilərsiniz)

Çətin və çıxılmaz suallardır, deyilmi?

Bu zaman növbəti suallar meydana çıxır – İ.Qəmbər, əgər bütün bunlar məhz sizin təklifləriniz olubsa, onda seçkilərə qatılmamaq, daha dəqiq desək, boykota qoşulmağa hansı adı vermək olar? Çətin və çıxılmaz suallardır, deyilmi?

Ümumiyyətlə, boykot amilini əllərində bayraq edənlər, seçkilərə qatılmaq qərarı vermiş müxalifət partiyalarının təmsilçilərini ittiham edənlər “qeyri-legitimlikdən” dəm vururlarsa, avantüraçılıqla məşğul olurlarsa, belə bir suallar yaranır - 2008-ci ildə keçirilən seçkini öz aləminzdə guya boykot etdiniz. Nə baş verdi? Legitimlik olmadımı? Yaxud, 10 ildir öz təbirinizcə “legitim saymadığınız” seçkinin nəticələri ilə, qanunlarla, qərarlarla yaşamırsınızmı, fəaliyyət göstərmirsinizmi? Ümumiyyətlə, “Legitim hesab etmədiyiniz” qərarlarla 2010-cu il, 2013-cü il, 2015-ci il seçkilərinə məhz sizlər qatılmadınızmı?

Məsələ aydındır, buna siyasi mazoxizm deyirlər. Adlarını müxalifət “liderləri” qoyanlar sadəcə, ətraflarında qalan beş-on nəfəri siyasi divident qazanmaq naminə aldatmaqdan zövq alırlar.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yaxşı olardı ki, İsa Qəmbər bu suallara cavab versin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...