“İşğalçı Ermənistan səksəkə içindədir” MÖVQE

“30 ildir Dağlıq Qarabağ üzərində nəzarəti itirmişik. 1988-ci ilin 13 fevralında Xankəndində Azərbaycan əleyhinə ilk mitinqlər başladı, separatizmin və terrorun əsası qoyuldu”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, işğalın 30 il davam etməsi bizim üçün böyük müddətdir: “Ancaq bu 30 il onlara da xoşbəxtlik gətirmədi, çünki hər gün itki ilə üzləşir, səksəkə içindədirlər və daima “Azərbaycan ordusu nə zaman hücuma başlaya bilər” sualına cavab axtarırlar.

Fevralın 13-də işğalın 30 ili münasibətilə işğal altındakı Xankəndidə mitinq keçirildi. Separatçıların lideri Bako Saakyan bu mitinqdə ağzına gələni danışıb, guya sülh istəyirlər. Ancaq Azərbaycanı bir neçə dəfə düşmən adlandırıb. Onun mitinqdəki bir cümləsi diqqətimi cəlb edib. Separatçıların lideri deyib ki, “Azərbaycan 2016-cı ilin aprelində genişmiqyaslı hücuma keçməklə sürətlə Artsax dövlətini məhv etmək istəyib”. Bunu anlayırsa, demək doğru yoldayıq. Razılaşaq ki, 2016-c ildə düşündüklərimiz və istəklərimiz tam həyata keçmədi. Ancaq bu son deyil və bunu Bako Saakyan da anlayır. Yola davam”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə